AEROHİDROMEXANİKA LABORATORİYSI

Aerohidromexanika tədris laboratoriyaları 1963-cü ildən fəaliyyət göstərir. Laboratoriyanın müdiri f.r.e.n.,Kiyasbəyli Enfira Tələt qızıdır.
Laboratoriyada əsas hidrodinamik parametrlərin ölçülməsi, təzyiqin və sürətin paylanması öyrənilir. Bu təcrübələr aerodinamik borunun işləmə prinsipinə əsaslanır.
Aerodinamik borunun işləmə prinsipi:
Aerodinamik borularda əsasən cisimlərim havada bərabərsürətli düzxətli irəliləmə hərəkətləri öyrənilir. Cisim sükunətdə, hava isə hərəkətdə olur. Belə borularda baxılan məsələ adətən model üzərində öyrənilir. Aerodinamik borular hava axınının formasına görə düzünə təsir və qapalı olmaqla iki növə ayrılır.
Belə borulardan birirnin ümumi görünüşü şəkildə göstərilmişdir. Boruda havanın müntəzəm paylanmasını təyin etmək üçün soplodan istifadə olunur. Modellərin səthində təzyiqin və sürətin paylanması öyrənilir. Ölçüləri hesablamaq üçün meyilli, batareyalı monometrdən istifadə olunur.
Tələbələr təcrübə vaxtı cihazlardan ölçüləri götürərək verilən düsturların köməyi ilə hesabat aparırlar.

Bookmark and Share