Cabbar Mustafayev

Cabbar Mustafayev

Fizika-riyaziyyat elmləri namizədi,dosent

İş telefonu: (+994) 12 510 33 64

e-mail:cabbarmustafayev@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1942-ci il, yanvarın 11-də Azərbaycan Respublikası, Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub.

1948-1958-ci illərdə Xaçmaz rayonu, Qusarçay kənd orta məktəbində oxuyub.

1958-1963-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

1967-ci ildən BDU-da çalışır.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1958-1963, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU

1963-1966, aspirant, Mexanika-riyaziyyat fakültəsi,BDU

1968, f.-r.e.n., «Müxtəlif elastiki xarakteristikalı iki mühitdən ibarət bir mühitdə gərginliklərin paylanmasına dair»

ƏMƏK FƏALİYYƏTİ

2005- h/h , dosent,Cəbr və həndəsə kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1994-2005,kafedra müdiri, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

1973-2005, dosent, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

1970-1973,baş müəllim, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

1967-1970, müəllim, Həndəsə və cəbr kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1966-1967, baş laborant, Mexanika-riyaziyyat fakültəsi, BDU

Apardığı dərslər: Analitik həndəsə və ali cəbr, Vektor və tenzor hesabının əsasları.

50 elmi məqalənin və 1 kitabın müəllifidir.

TƏDQIQAT SAHƏSI

Qarşılıqlı əlaqəli sahələr (elastiki və elektro-elastiki sahələr) nəzəriyyəsinin bəzi məsələləri

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2008, Bakı, Azərbaycan: Fizikanın aktual problemləri, V beynəlxalq elmi-texniki konfrans

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. Daxilində maye axan eninə gücləndirilmiş slindrik örtüyün sonsuz mühitdə məxsusi rəqsləri.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2006, № 1.
  2. Periodik elektrodlar sisteminə malik pyezoelektrik zolaqda yaranan elektro-elastik sahələr haqqında.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2006, № 2.
  3. Lemb dalğalarına əsaslanan pyezo-transformatorların xarakteristikalarının hesabatına dair. .- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2007, № 1.
  4. Nazik daxiletmələrə malik dielektriklərin elektrik dağılmasına dair bir məsələnin həlli haqqında.-Müasir fizikanın aktual problemləri adlı V Beynəlxalq elmi-texniki konfransının materialları, Bakı,2008.

KITABLAR

  1. Xətti cəbrin əsasları.- Dərs vəsaiti,2005,Bakı,262 səh.

Bookmark and Share