Doktorantura
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi 2026-cı il üçün fəlsəfə doktoru (PhD) proqramı üzrə aşağıdakı ixtisaslar üzrə doktoranturaya qəbul imtahan proqramları və imtahan sualları haqqında məlumatları təqdim edir.
Qəbul imtahanı proqramları və suallar
Qəbul imtahanı proqramları Fakültə Elmi Şurasının 02 aprel 2026-cı il tarixli 10 nömrəli iclasının qərarı ilə təsdiq edilmişdir.
1. Analiz və funksional analiz (ixtisas kodu: 1202.01)
-
Proqram – [Analiz və funksional analiz doktorantura qəbul-PROQRAM.doc]
-
İmtahan sualları – [Analiz və funksional analiz doktorantura qəbul-suallar 2021 (2).doc]
Proqram riyazi analiz, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və funksional analizin bütün əsas bölmələrini əhatə edir.
2. Deformasiya olunan bərk cisim mexanikası (ixtisas kodu: 2002.01)
-
Proqram – [DBCM doktorantura-proqramı 2026.docx]
-
İmtahan sualları – [Deformasiya olunan bərk cisim mexanikası doktorantura-suallar.docx]
Proqram bütöv mühit mexanikası, elastiklik, plastiklik, özlüelastiklik, sürüncəklik, dağılma mexanikası və ədəbi metodlardan ibarətdir.
3. Diferensial tənliklər (ixtisas kodu: 1211.01)
-
Proqram – [Diferensial tənliklər doktorantura - proqram.doc]
-
İmtahan sualları – [Diferensial tənliklər doktorantura qəbul - suallar 2026.doc]
Proqram adi diferensial tənliklər, xüsusi törəməli tənliklər (dalğa, istilikkeçirmə, Laplas), riyazi fizika tənlikləri, ümumiləşmiş funksiyalar, Sobolev fəzaları və funksional analiz elementlərini əhatə edir.
4. Ədədi analiz (ixtisas kodu: 1206.01)
-
Proqram – [Ədədi analiz doktoranturaya qəbul proqram.doc]
-
İmtahan sualları – [Ədədi analiz doktorantura - sualları.docx]
Proqram interpolyasiya, ədədi diferensiallama və inteqrallama, xətti və qeyri-xətti tənliklərin həlli üsulları, matris məsələləri, diferensial və inteqral tənliklər üçün ədədi metodlar (fərq sxemləri, sonlu elementlər, sərhəd elementləri və s.) daxildir.
5. Maye, qaz və plazma mexanikası (ixtisas kodu: 2003.01)
-
Proqram – [MQM doktorantura proqram.docx]
-
İmtahan sualları – [MQM doktorantura suallari.docx]
Proqram bütöv mühit mexanikası, hidromexanika, qaz dinamikası, elektrodinamika, maqnit hidrodinamikası, qazların və plazmanın kinetik nəzəriyyəsi kimi sahələri əhatə edir.



