KAFEDRA ƏMƏKDAŞLARINA VERILƏN MÜKAFATIN TƏQDİMATI
Son vaxtlar Hesablama riyaziyyatı kafedrasının əməkdaşları xarici ölkələrdə keçiriliş bir çox konfranslarda Azərbaycan riyaziyyatını layiqincə təmsil etmişlər. Bunlardan Rodos (Yunanıstan), Vyana (Avstriya), Abu-Dabi (BƏƏ), London, Kimbric (İngiltərə), Paris (Fransa), Ankara (Türkiyə), Amsteldam (Niderland), Montro (İsveçrə) və s. kimi şəhərlərdə keçirilən beynəlxalq konfransları qeyd etmək olar. Bu konfranslardakı maraqlı çıxışlarına görə onlar sertifikat və diplomlarla təltif olunmuşlar. Kafedranın aşağıda adları göstərilən əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən keçirilən İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsində iştirak etmişlər:
- Fizika-riyaziyyat elmləri doktoru, professor Q.Y.Mehdiyeva (kafedra müdiri)
- Rriyaziyyat elmləri üzrə fəlsəfə doktoru M.N. İmanova (dosent)
- Fizika-riyaziyyat elmləri doktoru V.R. İbrahimov (professor)
Münsiflər heyəti onların “Applied Numerical Mathematics” (Elsevier), v.72, 2011, pp. 234-245 elmi jurnalında çap olunmuş “On one application of forward-cumping methods” adlı məqaləsinin yuxarıda qeyd olunmuş müsabiqədə II yer tutduqlarını 2014-cü ilfevral ayının 8-də elan etmişdir. Bu mükafat onlara Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru prof. Elçin Babayev və Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunmuşdur.