MEXANİKA-RİYAZİYYAT FAKÜLTƏSİNİN DEKANI
Professor Nizaməddin Şirin oğlu İsgəndərov 1979-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 1979-1981-ci illərdə AZEA-nin Mexanika-Riyaziyyat İnstitutunda baş laborant, 1981-1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983-1986-cı illərdə isə aspirant olmuşdur. 1986-cı ildə prof L.P.Nijnikin rəhbərliyi altında Kiyevdə namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-2011- ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert komissiyasının sədri, 2003-2010-cu illərdə və 2012-2018-ci illərdə AMEA RİMİ-nin nəznində fəaliyyət göstərən dissertasiyya şurasının üzvü olmuşdur.
O, 1986-1993-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993-1997-ci illərdə Türkiyə Respublikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997-1999-cu illərdə isə Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. Prof.N.Ş. İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının professoru, mexanika-riyaziyyat fakültəsinin dekanıdır.
Birtərtibli hiperbolik və adi diferensial tənliklər sistemi üçün bütün oxda və yarımoxda düz və tərs səpilmə məsələlərinin öyrənilməsi istiqamətində elmi tədqiqat işləri aparır. Onun 100-dən çox elmi məqaləsi , 2 onoqrafiyası və 1 dərs vəsaiti nəşr olunmuş, 9 tələbəsi namizədlik dissertasiyası və 1 tələbəsi Riyaziyyat üzrə elmlər doktoru dissertasiyyası müdafiə etmişdir. Bakalavr pilləsində "Differensial tənliklər", "Riyazi fizika tənlikləri", magistraturada pilləsində isə "Diferensial operatorların spektral nəzəriyyəsi", "Daxiletmə teoremləri və onun tətbiqləri" fənnləri üzrə mühazirlər aparır.