MÖHKƏMLİK VƏ PLASTİKLİK LABORATORİYASI
Möhkəmlik və plastiklik tədris laboratoriysı 1963-cü ildən fəaliyyət göstərir. Laboratoriyanın müdiri f.r.e.n.,Umaratov Ramiz Hüseynqulu oğludur.
Laboratoriyada əsasən, dartılmaya, sıxılmaya, saf sürüşməyə aid olan təcrübə işləri aparılır. Burada məqsəd materialın mexaniki xarakteristikalarını təyin etməkdir.
İşin gedişi:
Bu Laboratoriyalada statik və dinamik sınaqlar aprılır. Statik sınaqlara aid laboratoriyada burulmaya, əyilməyə və dartılmaya işləyən preslər qurulub. Bu prossesdə silindrik nümunələrin dartılması, burulması və sıxılmasına aid işlər aparılır.
Dinamik sınaqda materialın zərbə ilə qırılmasına qarşı göstərdiyi müqavimətin təyini, qırılmaya sərf olunan iş hesablanır.
Materialın zərbə ilə qırılması sınağı əsasən rəqqas toxmağı ilə aparılır. Burada nümunəyə üfüqi vəziyyətdə bağlanmış ağır rəqqasın sərbəst düşməsi ilə zərbə endirilir. Sınaq maşınının ümumi görünüşü şəkildə göstərilmişdir.