Məzahir Pənahov

Fizika-riyaziyyat elmləri namizədi,dosent

İş telefonu: (+994) 12 438 05 82

e-mail:mazahirpanahov@mail.ru

 

QISA BİOQRAFİK MƏLUMAT

1946-cı il, avqustun 28-də Azərbaycan Respublikası,Göyçay şəhərində anadan olub.

1953-1964-cü illərdə Göyçay şəhər 1 saylı orta məktəbdində oxuyub.

1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

1973-cü ildən BDU-da çalışır.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1964-1969, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU

1970-1972, aspirant, Fizika fakültəsi,Riyaziyyat kafedrası, BDU

1976, f.-r.e.n., «Hiperbolik tip qeyri-xətti tənliklərin dövrü və sanki dövrü həlləri»

ƏMƏK FƏALİYYƏTİ

1973-1978, müəllim, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

1978-1988, baş müəllim, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

1988-2005, dosent, Riyaziyyat kafedrası, Fizika fakültəsi, BDU

2006- h/h , dosent, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

Apardığı dərslər: Riazi analiz (bakalavr pilləsində), Qeyri-xətti analiz (magistratura pilləsində).

23 elmi məqalənin, 4 kitabın və 3 metodik vəsaitin müəllifidir.

TƏDQIQAT SAHƏSI

Hiperbolik və parabolik tip qeyri-xətti tənliklər üçün qoyulan bəzi məsələlərin həllinin varlığının və xarakterinin tədqiqi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1972,Aşqabad, Türkmənistan: «Diferensial tənliklər üzrə I Respublika konfransı»
  • 1975, Minsk, Belorusiya: «Belorusiya riyaziyyatçılarının IV Respublika konfransı»

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. Qeyri-xətti istilikkeçirmə tənliyi üçün Koşi məsələsi. - Fizikanın aktual problemləri, BDU, Bakı, 2004.
  2. Qeyri-xətti hiperbolik tənlik üçün bir Qursa məsələsi haqqında.- Azərbaycan EA-nın müxbir üzvü, professor,Y.C.Məmmədovun 75 illiyinə həsr olunmuş konfransın tezisləri, Bakı,2006.
  3. Xətti operator tənliklərin ardıcıl yaxınlaşmalar üsulu ilə həlli.- Əməkdar elm xadimi, akademik Ə.İ.Hüseynovun 100 illik yubleyinə həsr olunmuş elmi konfransın tezisləri. Bakı,2007.
  4. Sonsuz simin rəqs tənliyi üçün bir qarışıq məsələ.-Azərbaycan EA-nın müxbir üzvü, professor Q.T.Əhmədovun 90 illik yubileyinə həsr olunmuş elmi konfransın tezisləri. Bakı, 2007.
  5. «Ramanucan ədədləri haqqında» məqalə.BDU-nun elmi əsərləri, S.A.Ramanucanın bir hipotezi haqqında, Riyaziyyat və mexanikanın aktual problemləri, Bakı 2013; Qeyri xətti hiperbolik tip tənliyin  -də klassik həlli,
  6. Riyaziyyat və mexanikanın aktual problemləri Bakı 2014, Cəbri tənliyin həlli üçün kvazixəttiləşdirmə üsulu. Ə.Ş.Həbibzadənin 100 illiyinə həsr olunmuş “Funksioanl analiz və onun tətbiqləri” Respublika elmi konfransının materialları,  Bakı 2016.

KITABLAR

  1. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən məsələ həllinə dair rəhbərlik və çaləşmalar.- Bakı, 2000, 220 səh.
  2. Ehtimal nəzəriyyəsinin elementləri.- Bakı,2003,207 səh.
  3. Xətti cəbr və sonlu ölçülü xətti operatorlar nəzəriyyəsinin elementləri.-Türkiyə, Sakarya,2004, 327 səh.
  4. Xətti cəbrin əsasları.- Bakı,2005, 255 səh.
  5. Riyazi fizikanın bəzi klassik məsələlərinin həll üsulları.- Bakı,2006,76 səh.
  6. Xətti cəbr və sonlu ölçülü xətti operatorlar nəzəriyyəsinin elementləri.-Türkiyə, Sakarya,2006, 327 səh. (Təkrar nəşr).
  7. Xətti cəbr və sonlu ölçülü xətti operatorlar nəzəriyyəsinin elementləri.-Türkiyə, Sakarya,2009, 327 səh. (Təkrar nəşr).
  8. Xətti cəbrin əsasları.- Bakı,2011, 255 səh. (Təkrar nəşr).
Bookmark and Share