
Nadir Süleymanov
Fizika-riyaziyyat elmləri doktoru, professor
İş telefonu: (+994)12 438 54 23
e-mail: nadirsuleymanov@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
1932-ci il, dekabrın 15-də Azərbaycan Respublikası Ucar rayonunun Rəstəcə kəndində anadan olub.
1941-1951-ci illərdə Ucar şəhər 1 saylı orta məktəbdə oxuyub.
1951-1956 -cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir 1969-cu ildən BDU-da çalışır.
Ailəlidir, dörd övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1951-1956, tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU
1957-1960, aspirant, Mexanika-riyaziyyat fakültəsi,MDU
1965, f.-r.e.n., «Operator diferensial tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri»
1982, f.-r.e.d., «Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi problemləri» Rusiya, Moskva Dövlət Universiteti
ƏMƏK FƏALİYYƏTİ
2000- h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1990-2000, kafedra müdiri, Ehtimal nəzəriyyəsi, Mexanika-riyaziyyat fakültəsi, BDU
1984-1990,professor,Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1975-1977, doktorant, Mexanika-riyaziyyat fakültəsi, Moskva Dövlət Universiteti
1970-1984, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1965-1970, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1960-1965, elmi işçi,Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
Apardığı dərslər: Funksional analiz, Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi,Ümumiləşmiş funksiyalar nəzəriyyəsi, Ehtimal nəzəriyyəsi.
50-dən çox elmi məqalənin, 1 monoqrafiyanın və 1 kitabın müəllifidir.
TƏDQIQAT SAHƏSI
Xüsusi törəməli diferensial tənliklər,Funksional analiz, Ehtimal nəzəriyyəsi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 1961,Leninqrad, Rusiya: Riyaziyyatçıların I qurultayı beynəlxalq konfrans
- 1975,Moskva,Rusiya: Funksiyalar nəzəriyyəsi və funksional analiz (Q.Y.Şilovun rəhbərlik etdiyi seminar)
- 1977,Moskva,Rusiya:Spektral analiz (A.Q.Kostyuçenko rəhbərlik etdiyi seminar)
- 1977,Leninqrad, Rusiya: İnteqral tənliklər kafedrası (prof.S.Q.Mixlinin rəhbərlik etdiyi seminar), LDU
- 1981,Moskva,Rusiya: Diferensial tənliklərin problemləri (V.A.İlyinin, A.V.Bisadzenin və Ş.A.Alimovun rəhbərlik etdiyi seminar), MDU
- 1981,Nalçik,Rusiya:Diferensial tənliklərin bəzi məsələləri, Beynəlxalq elmi konfransı
- 1982,Moskva,Rusiya:Diferensial tənliklərin problemləri (V.A.İlyinin, A.V.Bisadzenin və Ş.A.Alimovun rəhbərlik etdiyi seminar)
- 1982,Kiyev,Ukrayna: Xüsusi törəməli diferensial tənliklər (Akademik Y.M.Berezanskinin və Akademik M.L.Qorbçukun rəhbərlik etdiyi seminar)
- 1982,Donesk,Ukrayna: Tətbiqi Riyaziyyat İnstitutu (Akademik Skrıpnikin rəhbərlik etdiyi seminar), UEA
- 1988,Daşkənd,Özbəkstan:Diferensial tənliklər və tətbiqi riyaziyyat problemləri. Beynəlxalq Elmi konfrans
- 2000,Zəncan, İran:İran riyaziyyatçılarının illik konfransı
- 2007,Zəncan, İran:İran riyaziyyatçılarının illik konfransı
- 2008,Ufa,Rusiya:Diferensial tənliklər və ona yaxın problemlər, Beynəlxalq konfrans
SEÇIILMIŞ ƏSƏRLƏRI
- Tərs-parabolik tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələr.-SSRİ EA-nın Məruzələri, Moskva, 1977, c.235, № 5, səh.1313-1318.
- Qeyri-məhdud oblastlarda qeyri-xətti elliptik diferensial tənliklər üçün Dirixle məsələsinin həllərinin xassələri.-SSRİ EA-nın Məruzələri, Moskva, 1978, c.239, № 4,səh.429-432.
- Parabolik tənliklərin həlləri üçün Viman-Valiron tipli teoremlər.-SSRİ EA-nın Məruzələri, Moskva, 1980, c.250, № 3,577-580.
- Tərs-parabolik diferensial tənliklərin həlləri üçün Viman-Valiron tipli teoremlər.-Diferensial tənliklər, Minsk, 1980, c.XVI, № 10,səh.1816-1826.
- Parabolik diferensial tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələr nəziriyyəsi.- Matematiçeskiy sbornik jurnalı, Moskva, 1981, c.110(157),№ 5, səh.74-99,.
- Evolyusion tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələrin dəqiqliyi haqqında.-SSRİ EA-nın Məruzələri, Moskva,1980,c.253,№3,səh.541-543.
- Ehtimal ölçüsü və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr.-İran,Zəncan Universitetinin əsərləri, Zəncan, 2000,səh.375-377.
- Diferensial tənliklər üçün Viman-Valiron tipli teoremlər haqqında.-Diferensial tənliklər jurnalı, Minsk, 1982,c.XVIII, №1.
- Sonlu yığılma radiuslu qüvvət sıraları üçün Viman-Valiron tipli qiymətlənmələr və onların dəqiqliyi haqqında.-SSRİ EA-nın Məruzələri, Moskva, 1980, c.253,№4, səh.822-824.
- Qeyri-xətti eliptik tənliklər üçün Dirixle məsələsinin həllərinin bəzi asimptotik xassələri.
- Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr və xüsusi törəməli tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi problemləri,Doktorluq dissertasiyasının Avtoreferatı, Moskva, MDUÇ 1982.
- Ehtimal və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr.-İran, Zəncan Universitetinin əsərləri, Zəncan, 2007.
- Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr haqqında.-Diferensial tənliklər və yaxın problemlər jurnalı, Başqırdstan Respublikası, Ufa şəhəri, 2008, səh.190-195.
KITABLAR
- Ümumiləşmiş funksiyalar və korrekt sərhəd məsələləri.-Monoqrafiya,Bakı,2007, 480 səh.
- Ehtimal nəzəriyyəsi kursu.-Dərslik,2000, Bakı,360 səh.
|