Qoşqar Teymur oğlu Əhmədov

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Teymur oğlu Əhmədov

1936-cı ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin Riyaziyyat bölməsinə daxil olmuş və 1941- ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

O, 1946-cı ildə aspiranturaya daxil olmuşdur. Bu ildən elmi fəaliyyətə başlayan Q.T. Əhmədov “Qeyri-xətti inteqral tənliklərin, inteqro-diferensial və operatorlu tənliklərin həllərinin varlığı, yeganəliyi və həllin budaqlanması” problemləri üzərində işləmişdir. Onun ilk elmi-tədqiqat işi nüvəsi parametrə nəzərən çoxhədli olan bəzi qeyri-xətti inteqral tənliklərin həllərinin varlığı, yeganəliyi məsələlərinin tədqiqinə həsr olunmuşdur. Alınan nəticələr əsasında akademik Ə.Hüseynovun rəhbərliyi altında 1951- ci ildə “Bəzi qeyri- xətti tənliklərin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Q.T. Əhmədov həmdə qeyri- xətti tənliklərin həllərinin budaqlanması məsələ­ləri ilə çox məhsuldar məşğul olmuş və alınan nəticələrin yekunu kimi 1960-cı ildə “Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair” doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

1946- cı ildə Azərbaycan Dövlət Universitetində assistent, dosent, 1961- ci ildən isə professor işləyən Q.T. Əhmədov , 1958- ci ildən ömrünün sonuna qədər (1975- ci il) diferen­sial və inteqral tənliklər kafedrasının müdiri olmuş, 1970-1972- ci illərdə isə Mexanika- riyaziyyat fakültəsinin dekanı işləmişdir. 1965- ci ildən Q.T. Əhmədov müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal prosseslərin riyazi nəzəriyyəsi istiqaməti üzrə elmi fəaliyyətə başlamış və gənc nəslin böyük bir dəstəsini bu istiqamətdə elmi- tədqiqatlar aparmağa yönəltmişdir.

Q.T. Əhmədovun rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.O, Moskva Riyaziyyat cəmiyyətinin və keçmiş SSRİ- Ali təhsil nazirliyi nəzdnində riyaziyyat üzrə metodik Şuranın üzvü olmuşdur.

O, riyaziyyat elminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1969- cu ildə “Tətbiqi riyaziyyat” fakültəsinin yaradılması haqqında Azərbaycan (Bakı) Dövlət Universitetinə gəlmiş, Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyevə müraciət etmişdir. Ulu Öndərimizə edilən bu müraciətdən sonra onun tapşırığı və bilavasitə köməkliyi ilə Mexanika- riyaziyyat fakültəsi bazası əsasında Tətbiqi- riyaziyyat fakültəsi yaradılmışdır.

Bookmark and Share