Rafael Əmənzadə

Rafael Əmənzadə

Fizika-riyaziyyat elmləri doktoru, professor

İş telefonu: +(994) 12 510 34 28

e-mail: mexanika.bsu.az@mail.ru

 

QISA BİOQRAFİK MƏLUMAT

1943 -ci il dekabrın 31-də Bakı şəhərində anadan olub

1950-1960-ci illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub

1960-1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb

Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir

Ailəlidir, üç övladı var

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1960-1966,tələbə,Mexanika-riyaziyyat fakültəsi, BDU

1966-1969,M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin «Plastiklik nəzəriyyəsi» kafedrasında akad. Y.N. Rabotnovun rəhbərliyi altında aspirant olub

1970, f.-r.e.n., «Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli»

1980, f.-r.e.d., «Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması»

ƏMƏK FƏALİYYƏTİ

1982 - h/h , kafedra müdiri, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1972-1982, baş müəllim, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1969-1972, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

Apardığı dərslər: Bütöv mühit mexanikası, Çoxfazalı sistem mexanikası

150 elmi məqalənin və iki kitab müəlifidir

TƏDQIQAT SAHƏSI

Deformasiya olunan bərk çisim mexanikası, Hidromexanika

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1995, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» IX Beynəlxalq konfrans
  • 1999, Nijni Novqorod,Rusiya: «Örtüklər və lovhə nəzəriyyəsi» XIX Beynəlxalq konfrans
  • 2002, Nijni Novqorod ,Rusiya: «Örtüklər və lovhə nəzəriyyəsi» XX Beynəlxalq konfrans
  • 2006, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XIV Beynəlxalq konfrans
  • 2008, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XV Beynəlxalq konfrans
  • 2008, Kazan,Rusiya: «Qeyri-xətti örtüklər mexanikasının müasir problemleri» Beynəlxalq elmi seminar
  • 2008, Moskva, Rusiya: «Qeyri struktur materialların möhkəmliyi» IV Avroasiya elmi-praktiki konfrans

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. Variasiya prinsipindən qalinliğına görə qeyri-bircins qeyri-xətti halqanın qabarma məsələsində istifadə olunmasi.-1995
  2. İdeal maye yerləşən örtukdə dalğa xarakteristikalarına sürüşmə yerdəyişmələrinin təsirinin asimptotik analizi.-1996
  3. Maye yerləşən ortotrop örtüyün dalğa xarakteristikalarına axının təsiri.- 1999
  4. Qeyri-xətti elastiki materialdan hazırlanmış uzun silindrik örtüyun qabarması.-2002
  5. Sərt bərkidilmiş qeyri-xətti elastiki çox laylı çubuğun limit halı.-2006
  6. Uzun coxtəbəqəli özlü elastik örtüyün böhran zamanı.-2007
  7. Sürüşmənin mayeli coxlaylı silindrik örtüyün dalğa xarakteristikalarına təsirinin asimptotik analizi.- 2007
  8. Qeyribircins elastiki örtüyün həndəsi qeyri-xətti nəzəriyyəsinin variasiya üsulu.-2008
  9. Özlu elastiki mayenin daralma effekti olan elastiki boruda dalğavarı axını haqqında məsələnin həlli.- 2008

KITABLAR

  1. Mexanikadan laboratoriya praktikumu (dərs vəsaiti).-1973
  2. Bütöv mühit mexanikasının əsas anlayışları və tənlikləri.-1987
Bookmark and Share