Vüqar Mehrabov

Vüqar Mehrabov

Fizika-riyaziyyat elmləri namizədi,dosent

İş telefonu: (+994) 12 438 05 82

e-mail:Vugar-1969@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 1969-cu il avqust ayının 27-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
  • 1976-1986-cı illərdə Bakı şəhəri Yasamal payonu 20 saylı orta məktəbində təhsil almış və məktəbi “Qızıl medal”la bitirmişdir.
  • 1986-1992-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla BDU-nun Tətbiqi Riyaziyyat ETİ-na kiçik elmi işçi vəzifəsinə işə göndərilmişdir.
  • 1993-cü ildə BDU-nun “Funksional analiz” ixtisası üzrə əyani aspiranturasına gəbul olunmuş və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
  • 1996-cı ildə “Pauli operatorunun spektri haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 1996-cı ildən BDU-nun “Riyazi analiz” kaedrasında 0,5 ştat müəllim, bas müəllim və dosent vəzifələrində işləmişdir.
  • 2005-ci ilin sentyabr ayının 30-dan 2014-cü ilin yanvar ayının 29-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi işlər uzrə prorektor vəzifəsində çalışmışdır.
  • 2012-ci il aprel ayının 18-də AR Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
  • 2014-cü ilin yanvar ayının 30-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektorudur.
  • Ailəlidir, iki övladı var.


TƏHSİLİ,  ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1986-1992, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 1992-1995, aspirant, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 1996, f.-r.e.n., «Pauli operatorunun spektri haqqında»
  • 2004, “Riyazi analiz” ixtisası üzrə dosent elmi adı almışdır.


ƏMƏK FƏALİYYƏTİ

  • 1992, kiçik elmi işçi, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu,BDU
  • 1992-1995, aspirant, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 1996-1998, baş müəllim, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 1998-2004, baş müəllim, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 2004-cü ildən, dosent, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 2005-2014, ümumi işlər üzrə prorektor, ADPU
  • 2014- h/h, ümumi işlər üzrə prorektor, BDU


Apardığı dərslər: Riazi analiz (bakalavr pilləsində), Adi diferensial operatorun spektral nəzəriyyəsi (magistratura pilləsində).  
27  elmi məqalənin, 1 metodik vəsaitin, 4 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.

TƏDQIQAT SAHƏSI
Diferensial operatorun spektral nəzəriyyəsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2006, Bakı, Azərbaycan: AMEA-nın müxbir üzvü, professor B.A.İsgəndərovun 70 illiyinə həsr olunmuş Riyaziyyat və Mexanika üzrə XII beynəlxalq konfrans
  • 2007, Tula, Rusiya: Riyaziyyat,mexanika və informatikanın müasir problemləri
  • 2007, Bakı, Azərbaycan: Beynəlxalq müellim hazırlama siyasəti və problemləri - I
  • 2010, Ankara, TR: Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II
  • 2012, Kipr: Muellim hazırlıgında fennlerarası əlaqe


SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. “О спектре пеpиодического опеpатоpа Паули в паралелограмме (Гипотеза Бете-Зоммерфельда)” Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2000, № 1, səh. 110-124.
  2. “О pазложение пеpиодического опеpатоpа Паули по слоям” Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2000, № 4, səh. 166-175.
  3. “Трехмерный периодический оператор Паули. Асимптотические формулы высокого порядка” Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2004, № 2, səh. 64-70.
  4. “Трехмерный периодический оператор Паули. Асимптотические формулы высокого порядка”. Международное научное конференция “Современные проблемы математики, механики, информатики”. г. Тула 19-23 ноября 2007 год, стр. 61-63.
  5. “Azərbaycan Dövlət Pedaqoji Universitesi, Matematik fakültəsi öyrəncilərinin matematizə qarşı tutumlarının çeşidli deyişkenlərə görə incələnməsi” Pedaqoji Universitesin xəbərləri, № 4, 2008, s. 236-246.
  6. “Riyazi analizin tədrisində parametr daxiletmə və onun tətbiqləri” Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II, Hacettepe Universiteti, Ankara,16-18 mayis 2010-cu il, səh.411-416.
  7. “Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim hazırlığının vəziyyəti və perspektivləri” Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II, Hacettepe Universiteti, Ankara,16-18 mayis 2010-cu il, səh.1183-1185.
  8. “Асимптотические формулы для некоторой серии нерезонансных собственных значений трехмерного периодического оператора Паули” Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2012, № 1, səh. 38-48
  9. “Асимптотические формулы для нерезонансных собственных значений оператора типа Паули” Pedaqoji Universitetin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2013, № 2, səh. 7-11
  10. “Двумерный периодический оператор Паули. Разложение по слоям” BDU-nun  95 illik yubileyinə həsr olunmuş Bakı Universitetinin xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, 2014, №-3, səh 10-18
  11. “Analytical solution D-dimensional Schrodinger equation for the hulthen potensial” Азярбайъан Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Lətif oğlu Rəsulovun 100 illik yubileyinə həsr olunmuş “Nəzəri və tətbiqi riyaziyyatın aktual məsələləri” адлы Республика елми конфрансынын материаллары, Şəki, 28-29 oktyabr 2016-ъı ил, сящ 22-26


KITABLAR

  1. “Ümumiləşmiş funksiyalar” (Metodik vəsait). Aərbaycan Memarlıq və İnşaat Universitetinin nəşriyyatı,Bakı,1998, 37 səh.
  2. “Riyaziyyatın ibtidai kursunda məsələ həlli - I hissə” (Dərs vəsaiti),Təfəkkür nəşriyyat-poliqrafiya mərkəzi,Bakı,2004,142 səh.
  3. “Riyaziyyatın ibtidai kursunda məsələ həlli - II hissə” (Dərs vəsaiti),Təfəkkür nəşriyyat-poliqrafiya mərkəzi,Bakı,2004,162 səh.
  4. “Riyazi analiz” (Dərs vəsaiti), Bakı, 2011, 494 səh. “On a spectrum of Pauli operator with periodic coefficients”, LAP – LAMBERT Academic Publishing, 2015, 67 səh.
  5. “Riyazi analiz” (Dərs vəsaiti), Yenidən işlənmiş, Bakı, 2016, 480 səh.
Bookmark and Share