Zahid Seyidov

Zahid Seyidov

Fizika-riyaziyyat elmləri namizədi, dosent

İş telefonu: (+994) 12 438 21 54

e-mail: seyidovzahid@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1935-ci il, mayın 8-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1942-1952-ci illərdə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə oxuyub.

1954-1959-cu illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

1963-cü ildən BDU-da çalışır.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1954-1959,tələbə, mexanika-riyaziyyat fakültəsi, BDU

1959-1962,aspirant, mexanika-riyaziyyat fakültəsi, BDU

1963,f.-r.e.n.,«İnteqral bərabərsizliklərin Banax fəzasında diferensial və inteqral tənliklərin həllinə tətbiqi»

ƏMƏK FƏALİYYƏTİ

1966-h/h, dosent, Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1964-1966, baş müəllim, Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1963-1964, müəllim, Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU

1959-1960, kiçik elmi işci,Azərbaycan EA-nın Kibernetika İnstitutu

Apardığı dərslər: Hesablama üsulları, Hesablama riyaziyyatı, Hesablama riyaziyyatının müasir problemləri,Variyasiya məsələlərinin təqribi həll üsulları.

50 elmi məqalənin müəllifidir.

TƏDQIQAT SAHƏSI

Hesablama riyaziyyatı.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2008,Naxçıvan, Azərbaycan: «Fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq konfrans»

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. İnteqral şərtlərli sərhəd məsələlərinin ədədi həlli. - «Bilgi» dərgisi, fizika, riyaziyyat, yer elmləri, Bakı, №1-2, 2006
  2. Xüsusi növ diferensial tənliklər sistemi üçün sərhəd məsələsinin ələdi həlli. - Fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq konfransın tezisləri. Naxçıvan, 2008, səh. 152
  3. IV tərtib diferensial tənliklər üçün inteqral şərtli sərhəd məsələsinin ədədi həlli. «Bilgi» dərgisi, fizika, riyaziyyat, yer elmləri, Bakı, №3-4, 2005, səh. 36-38
  4. IV tərtib diferensial tənliklər üçün sərhəd məsələsinin ədədi həlli. «Bilgi» dərgisi, fizika, riyaziyyat, yer elmləri, Bakı, №1, 2005, səh. 25-28
  5. III və IV tərtib diferensial tənliklər üçün sərhəd məsələsinin ədədi həlli. «Bilgi» dərgisi, fizika, riyaziyyat, yer elmləri, Bakı, №3, 2004, səh. 38-41
Bookmark and Share