2012/2013-CÜ TƏDRIS İLİNDƏ UNİVERSİTETDAXİLİ “50+50” QRANT MÜSABİQƏSİ
11/04/2012Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə, universitet həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək üçün BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 01 oktyabr 2012-30 iyun 2013-cü il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 05 aprel 2012-ci ildən 15 may 2012-ci il tarixədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.
Fakültə və ETİ-lərin müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2012-ci il tarixədək universitet komissiyasına təqdim edilməlidir.
2011/2012-ci illərdə “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.
Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrin nəşri zamanı (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına hökmən istinad edilməlidir.
Əməkdaşlar üçün təqdimat formasi
Doktorant və magistrantlar üçün təqdimat formasi
Tələbələr üçün təqdimat formasi