2018/2019-cu tədris ili üçün universitetdaxili “50+50” qrant müsabiqəsi

14/06/2018

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr səviyyəsi üzrə təhsil alan tələbələrin elm və təhsildə, universitet həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU üzrə 09.06.2009-cu il tarixli R-48 saylı əmrlə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının  01 oktyabr  2018  -  30 iyun 2019-cu il tarixlərini əhatə edən Universitetin 100-illik yubileyinə həsr olunmuş  mərhələsini açıq elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədləri 20 iyun 2018-ci ildən 30 iyun 2018-ci il tarixədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və ETİ-lərin müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri  isə 10 iyul 2018-ci il tarixədək universitet komissiyasına təqdim edilməlidir.

Sənəd 1 (əməkdaşlar  üçün  təqdimat  forması)

Sənəd 2 (doktorant və magistrantlar üçün təqdimat forması)

Sənəd 3 (bakalavrlar üçün təqdimat forması)

Sənəd 4 (nəticə)

Bookmark and Share