01/01/1970

Bakı Dövlət Universiteti saytının (bsu.edu.az) fakültələr, institutlar və strukturlar üzrə məsul şəxsləri ilə görüş keçirilib. Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova saytın ümumi fəaliyyətindən danışaraq fakültə və qurumların bu istiqamətdəki işinə toxunub, məsul şəxslərin işinə ayrı-ayrılıqda qiymət verib və veb redaktorları daha məhsuldar işləməyə çağırıb. 
Sonra saytın texniki məsələlər üzrə məsul şəxsi Elvin Şükürov çıxış edib və veb-masterləri maraqlandıran sualları cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2015-ci il.

Bookmark and Share