26 Fevral-Qan Yaddaşımız

25/02/2021

 

25.02.2021 ci il tarixində Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə Microsoft teams platforması üzərindən Xocalı Soyqırımına həsr olunmuş “26 Fevral-Qan Yaddaşımız” adlı tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.

 

Tədbiri giriş sözü ilə açan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov bu tarixi faciənin xalqımızın yaddaşından silinməz bir iz buraxdığını vurğulayaraq gənclərə geniş məlumat verdi.

 

Tədbirin qonağı Tarix elmlər namizədi, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti Əziz Boran öz çıxışında  bu mövzudan geniş söz açaraq Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri haqqında geniş çıxış etdi.

 

Daha sonra Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov bildirib ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir.  44 günlük Vətən müharibəsi təkcə Xocalı faciəsinin qurbanlarının deyil, o cümlədən şəhidlərimizin də qanının yerdə qalmadığını göstərdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  xalqımızın göstərdiyi bu birlikdə tələbələrin də əməyinin danılmaz olduğunu vurğulayaraq onlara informasiya müharibəsində göstərdiyi aktiv fəaliyyətə görə təşəkkürünü bildirib.

 

Tələbələr adından Mexanika-riyaziyyat fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Katya İbrahimli bu faciənin acı və qəbul edilməz nəticələrindən danışdı. Tədbirdə Vətən müharibəsi və Aprel döyüşləri qəhrəmanları Əliyev Taleh, Alimov Tural, Əmiraslanov Ramil gənclərə Vətəni hər şeydən çox sevməyi, onun üçün hər qəhramanlığa hazır olmağı və onu hər şeydən üstün tutmağın vacibliyini vurğuladılar. Qazilər azğın düşmənlə necə qəhrəmancasına vuruşduqlarından, Ali Baş Komandanın hər bir əmrini necə həvəslə və şərəflə yerinə yetirməklərindən danışdılar.

Tədbirdə 300- dən çox gənc iştirak edib.

Bookmark and Share