602-ci auditoriyada elmi seminar keçirildi.

12/04/2022

12 aprel 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-ci auditoriyada elmi seminar keçirildi.

Seminarda  Mexanika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtinə spektral parametr daxil olan bəzi dördüncü tərtib qeyri-xətti məxsusi qiymət məsələlərinin sonsuzluqdan bifurkasiyası haqqında qlobal nəticələr” mövzusunda məruzə etmişdir.

Məruzədə sərhəd şərtinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələsinə baxıldı. Məsələnin həllərinin sonsuzluqdan budaqlanan kontinuumlarının strukturları və özlərini necə aparmaları tətqiq olundu.

 

Bookmark and Share