Bakı Dövlət Universiteti Mexanika-Riyaziyyat Fakültəsinin tələbəsidir

03/03/2014

2014-2015 ci tədris ili üçün Magistratura pilləsinin I-ci turunda Respublika üzrə ən yüksək nəticə göstərmiş (100 maksimumdan 97) tələbə, Mexanika-Riyaziiyat fakultəsinin 4-cü kurs Tələbəsidir.

Səmədli Şəhla İlham qızı – 1 Fevral 1993- cü il İsmayıllı rayonunda anadan olmuşdur. 1999- cu ildə İsmayıllı rayonu E.Məmmədov adına 3 saylı tam orta məktəbin I sinfinə gedib, 2010- cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. Qəbul imtahanlarında yüksək bal- 690 bal toplayaraq BDU-nun “Mexanika – Riyaziyyat” fakültəsinə daxil olmuşdur. 2011- ci ildə BDU-nun Tələbə Həmkarlar Komitəsinin təşkil etdiyi müsabiqədə ” İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülmüşdür. Hal-hazırda BDU-nun IV kurs tələbəsidir.

Bookmark and Share