Adi diferensial tənliklərdən seminar
11/11/2016Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı , "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin, Tələbə Elmi Cəmiyyətinin rəsmi dəstəyi ilə "Bakalavr pilləsində dərslərdən əlavə əsas fənlərdən seminarların keçrilməsi" layihəsi həyata keçirilir. Pərviz Bilişzadənin(Mexanika-riyaziyyat fakültəsinin bakalavr II kurs tələbəsi) rəhbərliyi ilə həyata keçirilən seminarda təlimçi İsmayıl Hüseynov (Mexanika-riyaziyyat fakültəsinin magistr II kurs tələbəsi)tələbələrə nəzəri biliklərin praktik həllində optimal yolları izah edib, onları maraqlandıran sualları cavablandırıb.
