Aktual problemlər
23/10/2019Bu məsələ ilə bağlı Elmi Şuranın sədri prof. N. Ş. İsgəndərov çıxış edərək, Respublikada keçirilən konfranslar və simpoziumların riyaziyyat və mexanika sahəsində aparılan elmi-tədqiqat işlərinin məqsədəuyğun istiqamətlərə yönəldilməsi, elmi tədqiqatçıların, doktorantların, magistrantların və tələbələrin gələcək elmi-tədqiqat işlərinin formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq, Elmi konfransının keçirilməsinin məqsədəuyğunluğunu Elmi Şura üzvlərinin nəzərinə çatdırdı və 2020-ci ildə may ayının sonunda fakültədə “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Elmi konfransının keçirilməsi təklifini irəli sürdü.
Təklif səsə qoyuldu.
Elmi Şura üzvlərinin yekdil (lehinə-21, əlehinə yoxdur, bitərəf-yoxdur) səsi ilə 2020-ci ildə may ayının sonunda Mexanika-riyaziyyat fakültəsində “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Elmi konfrans keçirilsin.
