Aspirant, magistrant, tələbə və gənc tədqiqatçıların nəzərinə
01/03/2010Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 30 aprel 2010-cu il tarixində «Riyaziyyat və mexanikanın aktual problemləri» adlı elmi konfrans keçiriləcəkdir. Konfransda tələbə, magistrant, aspirant və gənc tədqiqatçılar iştirak edə bilərlər. İştirak etmək istəyənlər 1-2 səhifəlik tezis və onun disketini (A5 formatda, hər tərəfdən 2 sm, şrift – 11, azərbaycan dilində A3 Times AzLat, rus dilində – Times New Roman) 29-30 mart 2010-cu ilə qədər BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi işlər üzrə dekan müavininə (təzə bina, 5-ci mərtəbə, 507-ci otaq) təqdim edə bilərlər.
Ələqə tel.: (+99412) 439-05-49, (+99412) 439-08-21
Təşkilat komitəsi
