Azərbaycan Riyaziyyatçılarının Kembricdə uğurlu çıxışları

17/09/2020

Azərbaycan Riyaziyyatçılarını Kembricdə təşkil olunmuş IAPE’20 konfransında BDU-nun alimləri professor Q.Y.Mehdiyeva, AMEA-nın müxbir üzvü, prof. V.R.İbrahimov (ID 15) və dos. M.N.İmanova (ID 58) təmsil etmişlər. Hesablama riyaziyyatı kafedrasının əməkdaşları son zamanlar prof. Q.Y.Mehdiyevanın rəhbərliyi ilə bir çox məşhur elmi mərkəzlərdə Hesablama riyaziyyatının müasir istiqamətlərini tanınmış ixtisasçılarla müzakirə etmişlər. Qeyd edək, ki IAPE konfransı ilk dəfə 2019-cu ildə Oksford Universitetində keçirilmiş, yuxarıda qeyd olunan alimlərin həmin konfransdakı çıxışları çox maraqla qarşılanmış və onlar Kembricdə keçirlən ikinci IAPE’20 konfransının proqram komitəsinə üzv və müxtəlif seksiyalara sədrlik etmişlər. Dos. M.N.İmanova 2019-cu ildə Oksford Universitetinin təşkil etdiyi “Hesablama riyaziyyatının müasir istiqamətləri” adlı konfransda çıxış etmiş və həmin konfransda seksiyalarda sədrlik missiyasını yüksək səviyyədə həyata keçirmişdir. Dos. M.N.İmanova Imperial Colledge-də London City Universitetində və bir çox tanınmış elmi mərkəzlərdə, banisi AMEA-nın müxbir üzvü, prof. Y.Məmmədov olan Azərbaycan Hesablama riyaziyyatı məktəbini ləyaqətlə təmsil etmişdir.

Ümüd edirik ki, prof. Q.Y.Mehdiyeva, AMEA-nın müxbir üzvü, prof. V.R.İbrahimov və dos. M.N.İmanovanın uğurlu çıxışları tanınmış elmi mərkəzlərdə Azərbaycan riyaziyyatçılarının nailiyyətlərinin yüksək səviyyədə təqdim edilməsinə şərait yaradacaqdır və bu işdə onlara uğurlar arzulayırıq.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:

https://iape-conference.com/accepted-papers/#

Bookmark and Share