“AZƏRBAYCANDA MÜƏLLIMLIK PEŞƏSININ MÖVQEYI” ADLI TƏQDIMAT

30/03/2011

Tarix: 11 Aprel, 2011

Vaxt: 16:00


Ünvan:
QTRM-Azərbaycan, Xəzər Universiteti, Bəşir Səfəroğlu 122, Bakı.

Xülasə: Azərbaycanda müəllimlik peşəsinin mövqeyi üzrə bu tədqiqat Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilmişdir və “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin apardığı sorğulara əsaslanır. Bu sorğu müxtəlif təbəqənin- təcrübəli müəllim və gənc pedaqoji  kadrların mövqeyini təmsil edir. Tədqiqat araşdırmaları  müəllimlərin məvacibi, müəllimlərin və tələbələrin motivasiya məsələlərinini vurğulayır. Tədqiqatın statistik analizi göstərir ki, cəmiyyətdə müəllimlik peşəsi yüksək dərəcədə hörmət olunan bir peşədir və başqa ixtisaslardan daha cəlbedicidir. Ümumilikdə, tədqiqatın yekunu təsdiq edir ki, müəllimlərin maliyyə və sosial dəstəkləyən, akkreditasiya və attestasiya ilə təlim keyfiyyətinin və müəllimlərin peşəkar inkişafını təmin edən bir siyasətin hazırlanması vacibdir .

Tərcümeyi-hal: Elmina Kazımzadə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində Siyasi Tədqiqatlar Proqramının Rəhbəri kimi fəaliyyət göstərir. O, Ukrayna Psixologiya İnstitutunda Pedaqoji Psixologiya elmləri namizədi dərəcəsi alıb. 1995-ci ildən UNİCEF, ACİ, Dünya Bankının himayədarlığı altında müxtəlif beynəlxalq təhsil proqramlarında işləmişdir. O, idarəetmə, tədris və tədqiqatla məşğul  olur. ACİ-də 7 ildən artıq Təhsil üzrə Direktor vəzifəsində çalışmışdır. Elmina Kazımzadə Bakı Dövlət Universitetində Sosial Elmlər ve Psixologiya fakültəsi, Tətbiqi psixologiya ve gender kafedrasının dosentidir. O, ümummilli qulluğa qədər müəllim hazırlığı proqramında istifadə edilən tətbiqi təhsilə dair dərsliyin həmmüəllifidir.  Onun beynəlxalq müqayisəli təhsilə dair son nəşrləri keçid dövründə olan ölkələrdə çətinliklər və təhsil siyasətinin hazırlanmasına həsr olunub.

 

 

Nigar Ismayılzadə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində Tədqiqat və Siyasət üzrə koordinatordur. O, Edmund Muskie Təqaüd Proqramının məzunudur. Alabama A&M  Universitetində təhsil siyasəti və idarəetmə ixtisası üzrə təhsil alıb. Nigar İsmayılzadə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq fakültəsinin magistr dərəcəsini qazanmışdır. Xanım İsmayılzadə ali təhsildə inkişaf və idarəetmə, mübadilə programlarının idarəolunması üzrə işləyib.  Həmçinin, o müxtəlif təşkilatlarda  gənclər, təhsil, icma inkişafı sahələri üzrə  çalışmış və könüllü kimi fəaliyyət göstərmişdir. O həm də, ali təhsilin inkişafına dair kiçik layihələrin rəhbəri  olmuşdur.

 

Dil: Mühazirə Azərbaycan dilində aparılacaq.

Qeydiyyat: Mühazirədə iştirakınızı təsdiq etmək üçün, xahiş olunur, Seymur Cavadova 10 Aprel, 2011-ci il tarixinədək müraciət edəsiniz. Onun elektron ünvanı seymur@crrccenters.org (xahiş olunur, elektron məktubun mövzu başlığında “Azərbaycanda müəllimlik peşəsinin mövqeyi” ifadəsini qeyd edin), telefon: 012 596-87-35 daxili 18.  

Bookmark and Share