Bakı Dövlət Universiteti IV beynəlxalq kitab sərgi-yarmakasında təmsil olunub

22/09/2015

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV beynəlxalq kitab sərgi-yarmakasında Bakı Universiteti nəşriyyatının direktoru İ.Şirinov və Kitabxanaşünaslıq kafedrasının dosenti P.Kaziminin rəhbərliyi bir qrup tələbənin iştirakı ilə təmsil olunub. Bakı İdman Sarayında keçirilən sərgidə sərgi-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib. 16-18 sentyabrda keçirilən sərgidə BDU nəşrləri ilə yanaşı, BDU müəllimlərinin yeni çap olunmuş dərslik və dərs vəsaitləri nümayiş olub. BDU Gənclər Təşkilatının fəal iştirakı ilə keçən sərgi-yarmarkada Baş Nazirin müavini Elçin Əfəndiyev, ombudsman Elmira Süleymanova, millət vəkili Sabir Rüstəmxanlı, xalq yazıçısı Çingiz Abdullayev və bir çox Azərbaycanın mədəniyyət və elm xadimləri BDU-nun ekspozisiyasına yaxınlaşıb, kitab nümunələri ilə tanış olublar.

Mədəniyyət və Turizm naziri Ə.Qarayev BDU ekspozisiyasına yaxınlaşıb, sərgidə iştirakı üçün xüsusi təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2015-ci il.

Bookmark and Share