Cəbr və Həndəsə kafedrasında seminar

12/09/2017

BDU-nun Mexanika-riyaziyyat fakültəsində macarıstanlı professor Piter Franklın seminarı təşkil edilib. Dekan, professor Nizaməddin İsgəndərov qonağı fakültədə görməkdən məmnuluğunu ifadə edib, fakültənin tarixi və bugünü barədə qısaca məlumat verib. O, qonağın riyaziyyatın "Kombinatorika" sahəsində dünyanın ən tanınmış alimlərindən olduğunu söyləyib. Bildirib ki, P.Frankl "union-closed sets" adlı konjekturanın müəllifidir və onun Thomson Reuters Agentliyinin 'Web of Science' bazasIna 170 məqaləsi daxil edilib

Piter Frankl, öz növbəsində, dəvətə görə təşəkkür edərək Bakı Dövlət Universitetində, o cümlədən mexanika-riyaziyyat fakültəsində həyata keçirilən işləri yüksək dəyərləndirib. “Cəbr və Həndəsə” kafedrasının müdiri,

professor Arif Səlimovun çıxışından sonra qonağın "Cəbr və Həndəsə" kafedrasında seminarı dinlənilib. Sonda alim seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

.

Bookmark and Share