BDU aliminin məqaləsi ən çox istinad alanlar sırasındadır
07/12/2020Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin “Cəbr və həndəsə” kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun türkiyəli tələbələri ilə birlikdə “Turkish Journal of Mathematics” jurnalında dərc olunan “On integrability of golden Riemannian structures” adlı məqaləsi “Web of Science” bazasında 43 istinad alaraq, 1440 məqalə arasında 2-ci yerə yüksəlib.
Əlavə edək ki, Türkiyə Elmi və Texnolojik Tədqiqat Şurasının (TUBITAK-ın) nəzəri riyaziyyat üzrə yeganə jurnalı olan “Turkish Journal of Mathematics” jurnalı “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının ən nüfuzlu SCIE indeksinə daxildir (impakt faktoru: 0.658). Bu jurnalda bu günə qədər “Web of Science” bazasına daxil olan 1440 məqalə çap olunub.
1. İstinadlar üçün: “Web of Scince”dan PrintScreen edilmiş “Attachment_Citations”;
2. Məqalə üçün: https://journals.tubitak.gov.tr/math/issues/mat-13-37-4/mat-37-4-14-1108-35.pdf