BDU AMEA ilə anlaşma memorandumu imzaladı

09/04/2015

Bu gün Bakı Dövlət Universiteti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov və institutun direktoru, professor Əlövsət Quliyevin imza atdığı memorandumda tərəflər birgə kadr hazırlığı və elmi tədqiqat işləri, istehsalatın elmi əsaslarla təşkili sahəsində razılığa gəliblər. Qurumlar arasında daha bir müqavilə BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsininAMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Elm və tədris mərkəzinin yaradılması haqqında olub. Mərkəzin yaradılmasında məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, torpaqşünaslıq, aqrokimya və ekologiya sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasındır. İmzalanma mərasimində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 09 aprel 2015-ci il.

Bookmark and Share