BDU -da “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib
13/03/2015Bu gün Bakı Dövlət Universitetinin Böyük Akt zalında aborigen amerikalıların – hinduların rəqs ənənələrini nümayiş etdirən “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum açıb. Kelli Cullum vurğulayıb ki, bu tədbir azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan yaradacaq. Məşhur Amerika hinduları rəqs truppası olan “Oklahoma Fancy Dancers" üz musiqisi, həkayələri və ritual rəqsləri ilə auditoriyada xoş təəssürat yaradıb.
Qeyd edək ki, bu tədbir Azərbaycanda keçirilən “Amerika günləri” festivalı çərçivəsində baş tutub. ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendinin bur neçə gün əvvəl BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Amerikada din, İslamda qadına münasibət mövzusunda çıxışı da “Amerika günləri” festivalı çərçivəsində baş tutmuşdu.
Mətbuat və İnformasiya şöbəsi, 13 mart 2015-cü il.