BDU Dağıstan Dövlət və Tbilisi Dövlət Universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb
18/12/2014Bu gün Bakı Dövlət Universiteti ilə Dağıstan Dövlət və Tbilisi Dövlət Universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Tələbə-müəllim mübadiləsini, birgə konfrans və simpoziumların keçirilməsini nəzərdə tutan müqavilələri BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazali Xulatayeviç Rabadanov və İvane Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik Vladimer Georgiyeviç Papava imzalayıblar.
