BDU kollektivi yanğında həyatını itirmiş tələbəsindən hüznlə danışdı

20/05/2015

Bu gün Bakı Dövlət Universitetində Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib. Universitetin rektoru Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib. O, Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan hüznlə söhbət açıb. Qeyd edib ki, Ülkər Eyvazova qrup nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib. Rektor onun və bütün vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.

Sonra fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Ülkər Eyvazovanın tələbə yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.

Sonra universitet kollektivi Ülkər Eyvazovanın və ailə üzvlərinin  məzarını ziyarət edərək onlara Tanrıdan rəhmət diləyiblər.

Mətbuat və informasiya şöbəsi, 20 may 2015-ci il.

Bookmark and Share