BDU əməkdaşlarının övladları üçün Yeni il şənliyi

26/12/2014

Bakı Dövlət Universiteti Həmkarlar Komitəsinin təşkilatçılığı ilə universitetin Böyük akt zalında 2014-cü il dekabrın 30-da 4 seans (saat 10-00, 12-00, 14-00, 16-00) Yeni il şənliyi keçiriləcək. Tədbirdə uşaqlar üçün geniş  şou proqram, attraksionlar, viktorinalar nəzərdə tutulub. Ötən illərdə olduğu kimi bu il də Abdulla Şaiq adına Dövlət Kukla Teatrı balalar üçün maraqlı “Cırtdan” tamaşasını göstərəcəklər. Ölkənin tanınmış incəsənət xadimləri Şaxta baba, Qar qız rolunda uşaqları əyləndirəcək, balalara keyfiyyətli və dəyərli şirniyyatlardan və oyuncaqlardan ibarət hədiyyələr paylanacaq. Həmkarlar Komitəsi hər il olduğu kimi, bu il də yalnız BDU əməkdaşlarının övladları üçün, həm də  bütün tədbiri daxili imkanlar hesabına pulsuz keçirəcək.

 

Bookmark and Share