BDU müəllimlərinin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub
30/04/2020Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının professoru Ziyatxan Əliyevin, "Riyaziyyat və onun tədrisi metodikası" kafedrasının dosenti Faiq Namazov və tələbələri ilə həmmüəllif olduqları məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub.
1. Z.Aliyev, P.Manafova.“Oscillation properties for the Dirac equation with spectral parameter in the boundary condition”. (“Sərhəd şərtinə spektral parametr daxil olan Dirak tənliyinin osillyasiya xasssələri”), Bulletin of the Malaysian Mathematical Sciences Society (İF-0.867)
2. Z.Aliyev, F.Namazov.“Spectral properties of the equation of a vibrating rod at both ends of which the masses are concentrated”. (“Uclarında yüklər bərkidilmiş çubuğun rəqsləri tənliyinin spektral xassələri”), Banach Journal of Mathematical Analysis (İF-0.927)
3. Z.Aliyev, G.Mamedova.“Some properties of eigenfunctions for the equation of vibrating beam with a spectral parameter in the boundary conditions”. (“Sərhəd şərtlərinə spektral parametr daxil olan çubuğun rəqsləri tənliyinin bəzi spektral xassələri”), J.Differential Equations (İF-1.938)
"Journal of Differential Equations" differensial tənliklər, "Bulletin of the Malaysian Mathematical Sciences Society" riyaziyyat, "Banach Journal of Mathematical Analysis" funksional analiz və operatorlar nəzəriyyəsi sahəsində dünyanın nüfuzlu jurnallarındandır.
Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:
- https://link.springer.com/article/10.1007/s40840-019-00749-1
- https://link.springer.com/article/10.1007/s43037-019-00009-1
- https://www.sciencedirect.com/science/article/abs/pii/S0022039620300164