BDU müəllimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

21/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimovun və dosent Habil Fəttayevin birgə elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub. “Ko-reper laylanmalara törəmələrin liftləri” (Lifts of Derivations in the Coframe Bundle) adlı məqalə “Springer” nəşriyyatının riyaziyyat üzrə Q1 kateqoriyalı (Clarivate Analytics, IF:1.181) "Mediterranean Journal of Mathematics" jurnalında çap olunub.
Məqalədə Li və kovariant törəmə operatorlarının ko-reper laylanma fəzalarına tam və horizontal liftləri daxil edilmiş və onların diferensial-həndəsi xassələri araşdırılıb.
Məqaləni oxumaq üçün https://www.springer.com/journal/9 linkinə keçid edə bilərsiniz.

Bookmark and Share