BDU tələbələrindən multikulturalizmə dəstək
11/08/2016BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) “Best Travel Azerbaijan”nın təşkilatı dəstəyi ilə universitetin ictimaiyyətçi-fəal tələbələrinin yay tətili dövründə istirahətini səmərəli, əyləncə dolu və maraqlı keçirmək məqsədi ilə respublikamızın səfalı, yay turizm obyektlərinə, tarixi diyarşünaslıq muzeylərinə mütamadi ekskursiyalarını təşkil edir. BDU THİK 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını əsas götürərək bölgələrdə yaşayan etnik qrupların mədəniyyətləri haqqında tələbələri məlumatlandırır və bununla Azərbaycan Respublikasında multikulturalizmə dəstəyini nümayiş etdirir.
İndiyədək Azərbaycanın Oğuz, Qəbələ, Quba rayonlarına turlar təşkil olunub. Növbəti ekskursiyanın İsmayıllı inzibati rayonuna təşkili planlaşdırılır. Tur çərçivəsində BDU gəncləri Oğuz rayonu tarixi və turistik obyeklərində, Qəbələ rayonunun Nohur göl, Qəbələnd, Yeddi Gözəl şəlaləsi, Tufandağ yay-qış kompleksində olublar. İsmayıllı-Lahıc turunda isə gənclərin rayonun Lahıc qəsəbəsinə, Lahıc Tarixi Diyarşünaslıq muzeyinə, Dağ şəlaləsinə, Asma körpüsünə ekskursiyaları təşkil olunacaq.
Mətbuat və informasiya şöbəsi, 11 avqust 2016-cı il.