BDU Yunanıstanın Kapadastrian Universiteti ilə memorandum imzalayacaq

07/07/2015

Yunanıstanın Kapadastrian Universitetinin Mədəni Antropologiya üzrə professoru Pavlos Kavouras Bakı Dövlət Universitetinin qonağı olub. Qonağı Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova salamlayıb, universitetin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Görüşdə universitetlərarası əlaqələr müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə memorandum imzalanması qərara alınıb.

Mətbuat və informasiya şöbəsi, 07 iyul 2015-ci il.

Bookmark and Share