BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

29/11/2018

Mexanika riyaziyyat fakültəsində keçirilən yarışı dekan, professor Nizaməddin İsgəndərov açaraq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi işinin təşkilində Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini təqdir edib, belə yarışların keçirilməsini tələbələrin elmə, biliyə olan marağının daha da artırılmasına xidmət etdiyini vurğulayıb. BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov müəllim-tələbə heyətini salamlayıb, yarışmada iştirak edən komandalara uğur arzu edib. Universitetdə davamlı olaraq təşkil olunan bilik yarışlarının tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində mühüm rol oynadığını qeyd edib. Daşqın Qənbərov tələbələrə asudə vaxtlarını səmərəli istifadə etməyi tövsiyə edib və bu istiqamətdə rəhbərlik etdiyi təşkilatın onlara yaratdığı şəraitdən danışıb.

Qeyd edək ki, 3 turdan ibarət yarışma üçün 30 komanda qeydiyyatdan keçib. Yarış hakimlərinin qərarı ilə 10 komanda yarımfinalda iştirak etmək hüququ qazanıb. Final mərhələsində iştirak edən 4 komandadan 1-ci yerə “Serendipy”, 2-ci yerə “Mes-hare” komandası layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, yarışma universitetdə müntəzəm olaraq təşkil olunur.

Fotolar:


Bookmark and Share