BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
09/12/2015Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü  ilə əlaqədar tədbir keçirilib. Tədbir ulu öndərin büstü önünə əklil  qoyulduqdan sonra universitetin professor-müəllim heyəti və  tələbələrinin iştirakı iə davam edib. 
 Tədbiri giriş sözü ilə  rektor, akademik Abel Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin  tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin  qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Rektor ulu öndərin  elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz  xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan,  rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından  danışıb. "Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman  daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini  bir daha səsləndirən rektor bu siyasətin Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyindən danışıb, insan kapitalının  formalaşmasına xidmət edən ümumtəhsil hərəkatının yeni vüsət almasından  bəhs edib. Tədbirdə ümummilli lider H. Əliyevin xatirəsi 1 dəqiqəlik  sükutla yad edildikdən sonra ulu öndərə həsr olunmuş film nümayiş  etdirilib.
Sonra vitse-spiker, universitetin kafedra müdiri Ziyafət Əsgərov, Respublika Ağsaqqallar Şurasıının sədri, millət vəkili Fəttah Heydərov çıxış ediblər.
Mətbuat və informasiya şöbəsi, 09 dekabr 2015-ci il.
 
                        


