BDU-da Tomson Reuters informasiya agentliyinin seminarı keçirilib
29/11/2016Bakı Dövlət Universiteti və Tomson Röyters informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamenti tərəfindən “Web of Science və onunla əlaqədar alətlərlə iş” üzrə Sertifikatlaşdırma Proqramı çərçivəsində seminar keçirilib. 2 günlük seminar BDU-nun Elmi-Tədqiqat Hissəsi tərəfindən təşkil olunub. Aygün Babazadə (Azərbaycan), Darya Buxtoyarova (Rusiya), İrina Tixonkova (Ukrayna) və Ləzizə Mukaşeva (Qazaxstan) tərəfindən aparılan seminarda 27 nəfər BDU əməkdaşı iştirak edib.
Treyninqdə Mexanika-riyaziyyat fakültəsini, Hesablama riyaziyyatı kafedrasının dosenti, f.-r.e.n. Elvin Əzizbəyov təmsil etmişdir.
Seminarın sonunda Tomson Röyter informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamentinin Təhsil Proqramları üzrə direktoru Valentin Boqorov və BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə iştirakçılara sertifikatlar təqdim ediblər.
