BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

22/11/2018

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dosenti Vaqif Qasımov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. O,  Moskva Dövlət Universiteti və Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkilatçılığı ilə baş tutan “Xüsusi törəməli diferensial tənliklər və onun tətbiqləri” adlı konfransda məruzə edib. Bundan əlavə,  dosent Vaqif Qasımov “Çoxobrazlılar və Li cəbroidləri”nə həsr olunan sonuncu seksiyaya sədrlik edib.

Bookmark and Share