BDU-nun «Gənc istedadlar» liseyində Novruz şənliyi
16/03/2015Bu gün Bakı Dövlət Universitetinin «Gənc istedadlar» liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbiri liseyin direktoru, professor Qasım Hüseynov açaraq, Novruzla bağlı maraqlı fikirlər səsləndirib, bayram münasibətilə liseyin müəllim-şagird kollektivini təbrik edib.
Sonra liseyin təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış proqram nümayiş olunub.
Liseyin 5-ci sinif şagirdlərinin təqdimatı ilə maraqlı səhnəсiklər göstərilib, Bahar bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.
Mətbuat və informasiya şöbəsi, 16 mart 2015-ci il.
