BDU-nun Mexanika-riyaziyyat fakültəsində illik hesabat təqdim olunub

22/11/2018

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına aid iclas keçirilib. Əvvəlcə dekan, professor Nizaməddin İsgəndərov iclasın gündəliyi barədə məlumat verib. İclasda 2018-ci ildə kafedranın əməkdaşlarının elmi tədqiqat işlərinin nəticələrinə aid dərc olunmuş məqalələr, beynəlxalq və respublika konfranslarında məruzələr və tezislər barədə məlumat verilib. Magistrantların, doktorantların cari ildə yerinə yetirdikləri elmi işlər müzakirə edildikdən sonra 2019-cu ildə yerinə yetiriləcək elmi tədqiqat işlərinin planı təsdiq olunub. Sonda çıxış edən dekan kafedra əməkdaşlarının elmi işlərinin illik hesabatını qənaətbəxş hesab edib, yüksək indeksli jurnallarda nəticələrin dərc olunmasının vacibliyini qeyd edib.

Bookmark and Share