BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti iclas keçirilib
28/11/2018Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin genişləndirilmiş Elmi Şurasının növbəti iclası keçirilib. İclasda kafedraların təqdim etdikləri elmi hesabatlar müzakirə edilib. Qeyd edilib ki, 47 elmi məqalə-Tomson Reuters, o cümlədən 12 məqalə A, 11məqalə B, 24 məqalə C, 52 məqalə-SCOPUS, digər nüfuzlu jurnallarda - 89 məqalə respublika, 92 məqalə xaricdə, 86 tezis respublika,63 tezis xaricdə çap edilib. İl ərzində fakültə 7 qranta layiq görülüb. İclasda iştirak edən komissiyanin sədri prof.V.M.Salmanov, üzvlər - prof.N.Ə.İmamverdiyev, prof.O.H.Əkbərov,dos.F.Ə.Mirzəyev hesabatı yüksək dəyərləndiriblər.
