BDU-nun Mexanika-Riyaziyyat fakültəsində Vyetnamlı rektorla görüş

30/10/2018

Vyetnamın XO Şİ MİN şəhərinin  HONG-BANG Beynəlxalq universitetinin rektoru professorThaiBa Canın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövət Universitetinin  Mexanika-Riyaziyyat fakültəsində olub.

Dekan professor Nizaməddin İsgəndərov qonaqları salamlayıb, universitetin, o cümlədən fakültənin son illər qazandığı uğurlardan danışıb.

Fakültənin professor-müəllim heyətinin də iştirakı ilə keçirilən görüşdə rektorThaiBa Can 100 illik yubiley ərəfəsində olan BDU-da olmasından məmnunluğunu ifadə edib. O,1971-1976-cı illərdə BDU-nun Mexanika-Riyaziyyat fakültəsində “Mexanika” ixtisası üzrə təhsil aldığını, bir müddət Vyetnamda işlədikdən sonra 1986-1988-ci illərdə nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında aspirantura sə

viyyəsini bitirdiyini və BDU-nun Elmi Şurasında müdafiə etdiyini qeyd edib. Professor tələbəlik illərini xatırlayıb, həmin dövrdə qazandığı biliklərin hazırda Vyetnamın aparıcı universitetində rektor kimi fəaliyyətinə müsbət təsirindən bəhs edib.

Görüş çərçivəsində qonaqlar fakültənin tədris və elmi işləri ilə yaxından maraqlanıb, ixtisas kabinetində və laboratoriyada olublar.

Sonda hədiyyələr təqdim olub, xatirə şəkillər çəkdirilib.

 


Bookmark and Share