"Gənc istedadlar" liseyinin 6 məzunu qızıl və gümüş medallara layiq görüldü
11/08/2016Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin 6 məzunu da var. Həmin məzunlardan Rəna Həsənzadə, Fərhan Namazov qızıl, Aysu Süleymanlı, Rəşid Behbudov, Ləman Qurbanova, Aqşin Qarayev isə gümüş medala layiq görülüblər. Qeyd edək ki, "Gənc istedadlar" liseyinin builki 50 məzununun 24 nəfəri 500-dən, 9 nəfəri isə 600-dən çox bal toplayıblar. Onlardan 10 nəfəri təhsillərini xarici ölkələrdə davam etdirəcəklər.
Mətbuat və informasiya şöbəsi, 11 avqust 2016-cı il.
