BDU-nun professoru beynəlxalq simpoziumlarda
09/06/2015Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin Optimallaşdırma və İdarəetmə kafedrasının professoru, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli Türkiyənin Trakya Universitetində keçirilən beynəlxalq simpoziuma qatılıb. “Ekonometrika, Əməliyyatlar tədqiqi və Statistika” adlı XVI simpoziumda çıxış edən professorun məruzəsi maraqla qarşılanıb. Professor Yadulla Həsənli, eyni zamanda, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XIX beynəlxalq elmi-praktiki konfransdaməruzə edib və sertifikatla təltif edilib. Alimin daha bir səfəri Astana şəhərinə olub. O, Astana İqtisadi Forumda (AİF) iştirak edib. Forum ərəfəsində professorun neft gəlirlərinin səmərəli istifadə olunması mexanizmləri və neftin dünya qiymətləri haqqında müsahibəsi “Eгемен Казахстан” qəzetində dərc olunub.
Mətbuat və İnformasiya şöbəsi, 09 iyun 2015-ci il.