BDU-nun Yunus Əmrə İnstitutunda konfrans
19/02/2015BDU-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin və Etnoqrafiya beynəlxalq onlayn informasiya-analitik mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə arasında münasibətlərinin inkişafında dilin rolu” konfransı keçirilib.
Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Corayın açılış nitqindən sonra Etnoqlobus portalının rəhbəri Gülnarə İnanc, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev çıxış ediblər.
Mövzu ətrafında alimlər - Rüfət Rüstəmov, İsmayıl Kazımov, Şamil Əlməmmədov və Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin əməkdaşı Kəmalə Ələkbərova çıxış ediblər.
Qeyd edək ki, BDU-da Yunus Əmre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir.
Mətbuat və informasiya şöbəsi, 19 fevral 2015-ci il.
