Böyük Britaniyanın səfiri BDU-da olub
07/09/2016Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Karol Kroftsu və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək son illər BDU-nun beynəlxalq əlaqələr istiqamətində əldə etdiyi uğurlardan, o cümlədən xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib.
Səfir Karol Kroftsu, öz növbəsində, BDU ilə işbirliyindən danışaraq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt artıq bir neçə ildir ki, universitetlə səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin bir neçə sahəni əhatə etdiyini bildirib.
Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi apırılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib.
Mətbuat və informasiya şöbəsi, 7 sentyabr 2016-cı il.