Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycan Gəncliyi
29/12/202029 Dekabr tarixində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycan Gəncliyi" mövzusunda videokonfrans keçirilmişdir.
Tədbirin girişində gənc muğam ifaçısı Yusif Cəfərbəyli “Qarabağ” mahnısını ifa etmişdir.
Daha sonra YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirmişdir.
YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri qeyd edib ki, dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlilərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir. Dünya azərbaycanlılarının həmrəyliyi qarşısında heç kim dayana bilməz!
Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.