DÜNYA Pİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR

14/03/2021

Dünya Pi gününə həsr edilmiş tədbir

14 mart 2021 ci il tarixində Mexanika-riyaziyyat fakültəsində Dünya Pi gününə həsr edilmiş tədbir keçirilib. İlk öncə Mexanika-Riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov onlayn tədbiri açıq elan edərək  iştirakçıları salamlayıb. Bu günün yaranması haqqında qısa məlumat verən dekan müavini daha sonra bildirib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan marağının daha da artırılması, gənc istedadların üzə çıxarılmasıdı. Çıxışının sonunda  dünya Pi günü münasibətilə vebinar iştirakçılarını təbrik edib, onlara müvəffəqiyyətlər arzu edib.
Görüşdə Mexanika-Riyaziyyat fakültəsi  THİK-nin Mexanika-Riyaziyyat fakültəsi üzrə sədr müavini  Aysel Məmmədli π-nin yaranma tarixi haqqında, Riyaziyyat ixtisasının l kurs tələbəsi Mehdiyeva Qərənfil isə riyazi əhəmiyyəti haqda məlumat verib. Daha sonra Riyaziyyat müəllimliyi ixtisasının ll kurs  tələbəsi Ağayeva Aytac π haqda maraqlı məlumatları tədbir iştirakçıları ilə paylaşıb.
Tədbirin sonunda Dünya Pi gününə həsr olunmuş onlayn yarışma keçirilib. Yarışın qalibləri sertifikatla təltif olunub.
Vebinarın sonunda fakültə THİK sədri Ruhəngiz İbrahimova görüşdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirərək görüşü sonlandırıb.

Bookmark and Share