Hesablama riyaziyyatı kafedrasının dosenti təltif edilib

27/09/2017
 Hesablama riyaziyyatı kafedrasının dosenti təltif edilib  Rektor, akademik Abel Məhərrəmov Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Zahid Seyidovu təqaüdə çıxması münasibəti ilə qəbul edib. Akademik Abel Məhərrəmov onun uzun illər BDU-da səmərəli fəaliyyət göstərdiyini, elm-təhsil sahəsində yüksək ixtisaslı kadrlar hazırladığını xüsusi vurğulayıb və alimi Təşəkkürnamə ilə təltif edib. Zahid Seyidov qəbul üçün minnətdarlığını bildirib, gələcəkdə də universitetlə əlaqələrini davam etdirəcəyini söyləyib.
Bookmark and Share